Ən son xəbərlər:

30.05.2023 /11:05/ Rousseff maliyyə qurumunun fəaliyyətini genişləndirməyə çağırıb

Rousseff maliyyə qurumunun fəaliyyətini genişləndirməyə çağırıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, BRİKS ölkələrinin yaratdığı Yeni İnkişaf Bankının (NDB) prezidenti Dilma Russeff maliyyə institutunun əhatə dairəsini genişləndirməyə çağırıb.

Biz fəaliyyətimizin miqyasını genişləndirməli və bankın əməkdaşlıq platforması kimi rolunu gücləndirməliyik. Biz bunu partnyor şəbəkəmizi genişləndirməklə və birgə maliyyə layihələrini həyata keçirməklə edəcəyik, – TASS onun sözlərini sitat gətirib.

O əlavə edib ki, NDB layihələri maliyyələşdirərkən öz üzv ölkələrinin xüsusi ehtiyaclarına diqqət yetirməyə davam edəcək.

Rousseff onu da qeyd edib ki, bank “yerli bazarı gücləndirmək və borcalanları valyutanın dəyişməsi riskindən qorumaq məqsədilə daha çox layihəni yerli valyutada maliyyələşdirməyi planlaşdırır.