Ən son xəbərlər:

30.05.2023 /10:51/ Çin üç taykonavtla birlikdə Shenzhou-16 gəmisini buraxıb

Çin üç taykonavtla birlikdə Shenzhou-16 gəmisini buraxıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Çin öz orbital stansiyasına üç taikonavtla birlikdə Shenzhou-16 kosmik gəmisini göndərib. China Space News xəbər verir ki, onlar noyabrda Yerə qayıtmazdan əvvəl təxminən beş ay stansiyada qalmağı planlaşdırırlar.

Xatırladaq ki, “Şençjou-16”nın buraxılışından sonra Yerin orbitində eyni vaxtda orbitdə qalan insanların sayına görə yeni rekord qeydə alınıb. Bu rəqəm 17-yə çatıb.

Əvvəlki rekord 2021-ci ildə qeydə alınıb. Həmin vaxt 14 nəfər eyni vaxtda orbitdə olub: yeddi nəfər ISS-də, üç taikonavt Shenzhou-12 kosmik gəmisində və dörd amerikalı şəxsi missiyanın bir hissəsi olaraq Crew Dragon kosmik gəmisində olub.