Ən son xəbərlər:

30.05.2023 /06:47/ Borrell Kosovoda münaqişə tərəflərini dialoqa çağırıb

Borrell Kosovoda münaqişə tərəflərini dialoqa çağırıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Avropa İttifaqının diplomatiya rəhbəri Josep Borrell qismən tanınan Kosovo Respublikasında baş verən toqquşmaları pisləyib, həmçinin münaqişə tərəflərini gərginliyi azaltmağa və dialoqa çağırıb. Bu barədə o, Twitter-də yazıb.

Avropa rəsmisi NATO-nun Kosovodakı missiyasına, media nümayəndələrinə və mülki şəxslərə qarşı zorakı hərəkətləri qəbuledilməz adlandırıb.

“Aİ Kosovo hakimiyyətini və etirazçıları dərhal və heç bir şərt olmadan vəziyyəti sakitləşdirməyə başlamağa çağırır”, – mesajda belə deyilir.