Ən son xəbərlər:

30.05.2023 /06:29/  İtaliyada  yaxta qəzasında gəmi kapitanının həyat yoldaşı həlak olub

İtaliyada  yaxta qəzasında gəmi kapitanının həyat yoldaşı həlak olub.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, İtaliyada Maggiore gölündə yaxtanın qəzaya uğraması nəticəsində 4 nəfər, o cümlədən Rusiya vətəndaşı və İtaliya xüsusi xidmət orqanlarının əməkdaşları həlak olub. Bu barədə “Varese News” qəzeti yazır.

Qeyd olunur ki, faciə mayın 28-də əlverişsiz hava şəraiti səbəbindən baş verib. Yaxtanın göyərtəsində 25 nəfər olub ki, onların əksəriyyəti özbaşına sahilə üzməyi bacarıb.

Qəzetin məlumatına görə, ölən Rusiya vətəndaşı gəmi kapitanının həyat yoldaşı olub.