Ən son xəbərlər:

30.05.2023 /05:57/ ABŞ Ukraynaya ehtiyacı olan hər şeyi təmin etməyə söz verib

ABŞ Ukraynaya ehtiyacı olan hər şeyi təmin etməyə söz verib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatlar Kiyevi ehtiyacı olan hər şeylə təmin etməyə davam etməlidir. TASS xəbər verir ki, jurnalistlərin Rusiyanın Ukraynadakı hərbi obyektlərə endirdiyi zərbələri şərh etmək sualına  Bayden, bu, gözlənilməz deyil, – deyə cavab verib.

Buna görə də biz Ukraynaya lazım olan hər şeyi verməliyik, – Bayden belə deyib.

Mayın 26-da Ukrayna Ali Radasının deputatı Daniil Getmantsev bildirib ki, xüsusi hərbi əməliyyat başlayandan Kiyev Qərbdən 50 milyard dollardan çox maliyyə yardımı alıb.

O, yardımın səviyyəsini görünməmiş adlandırıb və qeyd edib ki, alınan ümumi vəsaitin 19,2 milyard dolları qrantlardır.