Ən son xəbərlər:

30.05.2023 /05:43/ Zelenski və Ərdoğan telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər

Zelenski və Ərdoğan telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib. Tərəflər Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər. Türkiyə liderinin ofisi bu barədə bildirib.

Söhbət zamanı Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı hadisələr və regional məsələlər müzakirə edilib. Press-reliz ofisin Twitter səhifəsində dərc olunub.

Zelenski söhbət zamanı taxıl təşəbbüsünün genişləndirilməsində Türkiyə prezidentinin şəxsi rolunu qeyd edib. Ukrayna liderinin sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq xalqların rifahına və dünyada sabitliyə töhfə verir.