Ən son xəbərlər:

26.05.2023 /12:07/ Ukrayna özününkü hesab etdiyi itirilmiş əraziləri yaxın gələcəkdə hərbi yolla geri qaytara bilməyəcək

Ukrayna özününkü hesab etdiyi itirilmiş əraziləri yaxın gələcəkdə hərbi yolla geri qaytara bilməyəcək.

Pentaqon Kiyev tərəfindən itirilmiş ərazilərin tezliklə geri qaytarılması imkanını görmür

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki,  ABŞ Müdafiə Nazirliyi hesab edir ki, Ukrayna özününkü hesab etdiyi itirilmiş əraziləri yaxın gələcəkdə hərbi yolla geri qaytara bilməyəcək. Bunu cümə axşamı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Qərbin Ukraynaya silah tədarükünü əlaqələndirmək üçün yaratdığı çoxmillətli qrupun növbəti iclasının yekunlarına dair mətbuat konfransında deyib. Qurumun iclası virtual formatda keçirilib.

Generalın sözlərinə görə, Kiyevin “strateji məqsədləri” “Rusiya tərəfindən işğal olunmuş bütün Ukraynanı azad etməkdir”. “Rusiyanın işğal etdiyi Ukraynada bir neçə yüz min rus əsgəri var. Buna hərbi yolla nail olmaq mümkün ola bilər. Lakin, yəqin ki, yaxın gələcəkdə olmayacaq”, – Milli belə deyib.

Bu o deməkdir ki, hərbi əməliyyatlar davam edəcək. Və nə vaxtsa tərəflər ya razılaşma əldə edəcəklər, ya da hər hansı bir hərbi nəticə  olacaq. gələcək. Və biz Ukraynanın gələcəyi uğrunda mübarizəsində onu dəstəkləməyə davam edəcəyik, general belə əlavə edib.

Milli onu da qeyd edib ki, Rusiyanın əldə etmək istədiyi strateji məqsədlərə hərbi yolla nail olmaq mümkün deyil, bunu etmək mümkün deyil”, – o belə hesab edir.