Ən son xəbərlər:

25.05.2023 /05:46/ Florida qubernatoru Ron DeSantis ABŞ prezidentliyinə namizədliyini irəli sürüb

Florida qubernatoru Ron DeSantis ABŞ prezidentliyinə namizədliyini irəli sürüb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Florida qubernatoru Ron DeSantis 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim edib.

Rusiya KİV-ləri seçki komissiyasına təqdim edilmiş sənədə istinadən bu barədə xəbər verir.

Ərizədə DeSantisin Respublikaçılar Partiyasını təmsil edərək seçkilərdə iştirak edəcəyi bildirilir.

Bundan əvvəl respublikaçı senator Tim Skott ABŞ prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlamışdı.

Həmçinin aprel ayında indiki prezident Co Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürəcəyini rəsmən elan edib.

Eyni zamanda, ABŞ-ın keçmiş prezidenti Donald Tramp hələ 2021-ci ilin iyulunda 2024-cü il seçkilərində iştirak etmək niyyətini açıqlayıb.