Ən son xəbərlər:

24.05.2023 /14:00/ Ukrayna hərbçilərinin Britaniyada təlimlərinin davam etdirilməsi məsələləri müzakirə edilib

Ukrayna hərbçilərinin Britaniyada təlimlərinin davam etdirilməsi məsələləri müzakirə edilib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles elan olunmamış səfərlə Kiyevə gəlib. Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Oleksiy Reznikov onunla Ukrayna hərbçilərinin Britaniyada təlimlərinin davam etdirilməsi məsələlərini müzakirə edib.

Uollesin qeyd etdiyi kimi, o, hər dəfə Kiyevə səfər edəndə və Ukrayna hərbçiləri ilə ünsiyyətdə olanda məmnunluq hissi keçirir.

Reznikov bildirib ki, nazirlər artıq Britaniyada təlim keçmiş və artıq “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərdən istifadə edən pilotlarla görüşüblər.

Britaniyalı strateji analitik Hovard Uildonun fikrincə, Ukrayna ordusuna “Storm Shadow” raketlərinin verilməsi Londonun imkanlarına kritik təsir göstərəcək.