Ən son xəbərlər:

23.05.2023 /19:41/ Aİ ölkələri bu il Ukraynaya 220 min artilleriya mərmisi və 1300 raket göndərib

Aİ ölkələri bu il Ukraynaya 220 min artilleriya mərmisi və 1300 raket göndərib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Aİ ölkələri bu il Ukraynaya ümumilikdə 800 milyon avro dəyərində 220 min artilleriya mərmisi və 1300 raket tədarük edib. Bunu çərşənbə axşamı Aİ diplomatiyasının rəhbəri Xosep Borrell Aİ Müdafiə Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Son məlumatlar göstərdi ki, Aİ ölkələri müxtəlif çaplı 220 min artilleriya mərmisi və 1300 raket təqdim edib.

Onun sözlərinə görə, Aİ Ukraynanı yaxın 12 ay ərzində daha 1 milyon döyüş sursatı ilə təmin etmək vəzifəsini qoyur. Məqsəd növbəti 12 ay ərzində təxminən 1 milyon çatdırmaqdır.

Biz üzv ölkələrdən silah-sursatı öz ehtiyatlarından tədarük etmələrini istəyəcəyik, istehsalı gözləməyək, – deyə o bildirib.

Borrell həmçinin bildirib ki, 24 Aİ ölkəsi 155 mm-lik artilleriya mərmilərinin istehsalını genişləndirmək üçün Avropa İttifaqına qoşulub və bunun üçün 1 milyard avro ayrılıb. O əlavə edib ki, Avropa Müdafiə Agentliyi bu məsələyə baxır.