Ən son xəbərlər:

22.05.2023 /05:51/ Ukraynanın hazırda NATO-ya daxil olması üçün yerinə yetirə bilmədiyi bir çox şərtlər var

Ukraynanın hazırda NATO-ya daxil olması üçün yerinə yetirə bilmədiyi bir çox şərtlər var.

xeberaz.info Rusiya KİV-lərinə  istinadən xəbər verir ki, Ukrayna hazırda Şimali Atlantika Alyansına qoşulmaq üçün tələb olunan bir çox meyarlara cavab vermir. Bunu bazar günü Almaniya kansleri Olaf Şolz “G7” qrupunun sammiti çərçivəsində Welt telekanalına müsahibəsində deyib.

Biz Buxarestdə uzun müddət əvvəl NATO-ya üzvlük perspektivini formalaşdıran qərar qəbul etmişik, – Şolz Ukraynanın NATO-ya daxil olmasının mümkünlüyünü şərh edərkən belə deyib. Eyni zamanda o qeyd edib ki, yaxın gələcəkdə bunun baş verməyəcəyi dərhal bəlli olub.

Əlbəttə, NATO-nun özü üçün formalaşdırdığı meyarlar arasında Ukraynanın hazırda yerinə yetirə bilmədiyi bir çox şərtlər var, – Almaniya hökumətinin başçısı belə bildirib.