Ən son xəbərlər:

20/05/2023/ 18:05 / G7-lər dövlət borcu probleminə görə narahatdırlar

G7-lər dövlət borcu probleminə görə narahatdırlar.

xeberaz.info lenta.ru-ya istinadən xəbər verir ki, G7 ölkələrinin liderləri bəzi ölkələrdə mövcud olan dövlət borcu problemindən narahat olduqlarını bildiriblər. Onlar bunu Xirosima sammitinin yekunlarına dair birgə bəyanatda qeyd ediblər.

Sənəddə deyilir: “Biz borcun davamlılığı ilə bağlı ciddi problemlərin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq prosesini sarsıtmasından narahatıq.

Bəyanatda vurğulanır ki, aşağı və orta gəlirli ölkələr digər dövlətlərlə müqayisədə qlobal çağırışlardan qeyri-mütənasib şəkildə əziyyət çəkirlər. Onlar dövlət borcu problemini həll etməyə çağırıblar. Bundan əlavə, G7 liderləri onunla işləmək üçün ümumi çərçivənin yaradılması işini dəstəkləməyə söz veriblər.

Bundan öncə məlumat verilmişdi ki, G7 ölkələri iqtisadi məcburiyyətlə mübarizə aparmağa kömək edəcək platforma yaratmaq istəyirlər. Söhbət başqa dövlətlərin işlərinə qarışmaq üçün bu cür məcburiyyətdən istifadə etməkdən gedir.