Ən son xəbərlər:

20/05/2023/ 16:23 / Bayden dövlət katibinin yeni köməkçisinin namizədliyini irəli sürüb

Bayden dövlət katibinin yeni köməkçisinin namizədliyini irəli sürüb.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, ABŞ prezidenti Co Bayden dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə Ceyms O’Brayenin namizədliyini irəli sürüb.

Prezident Co Bayden Ceyms O’Brayeni dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə namizəd kimi irəli sürmək niyyətində olduğunu açıqladı, – mesajda belə deyilir.

2022-ci ildən bu günə qədər O’Brayen Dövlət Departamentinin Sanksiya Siyasəti Koordinasiya İdarəsinin rəhbəri vəzifəsində çalışıb.