Ən son xəbərlər:

20/05/2023/ 15:19/ G7 ölkələri Çini Rusiyaya təzyiq göstərməyə çağırdı

G7 ölkələri Çini  Rusiyaya təzyiq göstərməyə çağırdı.

xeberaz.info kommersant.ru-ya istinadən xəbər verir ki, G7 dövlətlərinin liderləri Çini Rusiyaya Ukraynadakı hərbi əməliyyatını dayandırması üçün təzyiq göstərməyə çağırıb. G7 “Ukrayna ilə birbaşa danışıqlar” da daxil olmaqla, “ədalətli və davamlı sülhün” qorunmasının tərəfdarıdır. Təşkilat həmçinin İranı Rusiyaya hərbi yardım etməməyə və silah ötürməməyə çağırıb.

Biz Çini Rusiyaya hərbi təcavüzünü dayandırması və qoşunlarını dərhal, tamamilə və qeyd-şərtsiz Ukraynadan çıxarması üçün təzyiq göstərməyə çağırırıq”, – G7 liderlərinin birgə bəyanatında belə deyilir

Onlar həmçinin Pekinlə “konstruktiv və sabit münasibətlərə” sadiq olduqlarını, “Çin ilə səmimi əlaqənin vacibliyini qəbul etdiklərini və narahatlığımızı birbaşa ona bildirdiklərini” vurğulayıblar.

Bundan əlavə, G7 ölkələri İranı Ukrayna münaqişəsində Rusiyaya dəstək verməkdən imtina etməyə və Moskvaya heç bir silah ötürməməyə çağırıb. “İran Ukraynaya qarşı aqressiv müharibəni dəstəkləməyi dayandırmalıdır, – kommünikedə  belə deyilir.

G7 ölkələri 2022-ci ilin iyununda Çinə oxşar müraciət etmişdilər. Vaşinqton Çin ordusunun Rusiya Federasiyasını dəstəklədiyini və birlikdə  ABŞ və Qərbin mövqeyini sarsıtmaqda maraqlı olduqlarını iddia edib.