Ən son xəbərlər:

16.05.2023 /19:54/ Ukrayna Xarici İşlər Nazirliyi ölkənin NATO Kiber Mərkəzinə daxil olduğunu elan edib

Ukrayna Xarici İşlər Nazirliyi ölkənin NATO Kiber Mərkəzinə daxil olduğunu elan edib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Kiyev rəsmi olaraq qərargahı Tallinndə yerləşən NATO kiber mərkəzinin bir hissəsinə çevrilib.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Bu gün NATO-nun Tallindəki Kiber Mərkəzinin qərargahında rəsmi olaraq Ukraynanın dövlət bayrağı qaldırılıb və bu, Ukraynanın Kiber Mərkəzə rəsmi daxil olmasını qeyd edib.

NATO-nun rəhbər orqanı – Şimali Atlantika Şurası 2008-ci ildə NATO-nun Tallinndəki kibermüdafiə mərkəzinin akkreditasiyasını təsdiqləyib və ona beynəlxalq hərbi təşkilat statusu verib.