Ən son xəbərlər:

16.05.2023 /07:53/ ABŞ 2024-cü il seçkilərinin nəticəsindən asılı olmayaraq, iqtisadiyyatda problemlər gözləyir

ABŞ 2024-cü il seçkilərinin nəticəsindən asılı olmayaraq, iqtisadiyyatda problemlər gözləyir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Amerikalı investor Cim Rocers bildirib ki, ABŞ 2024-cü ildə keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, iqtisadiyyatda ciddi problemlərlə üzləşəcək.

2025-ci ilə kimi ABŞ iqtisadiyyatı problem içində olacaq, kim prezident olursa olsun. Kimin prezident olmasından asılı olmayaraq, ABŞ-ın problemləri olacaq.

Rocers əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden daha bir müddət vəzifədə qalmaq üçün mümkün olan hər şeyi edəcək.

Eyni zamanda, onun fikrincə, seçkilər zamanı ABŞ iqtisadiyyatında vəziyyət elə bir intensivliyə çatacaq ki, Baydenin yenidən seçilmək şansı ciddi şəkildə azala bilər.

Rocers həmçinin bildirib ki, ABŞ defolt etməyəcək, lakin artan milli borc dövlətin gələcəkdə ciddi iqtisadi problemlərdən qaçmasına imkan verməyəcək.