Ən son xəbərlər:

14.05.2023/ 06:09/ Almaniya Ukraynaya daha 2,7 milyard avro xərcləməyə hazırdır

Almaniya Ukraynaya daha 2,7 milyard avro xərcləməyə hazırdır.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Almaniya Ukraynaya daha bir böyük partiya hərbi texnika göndərmək niyyətindədir. Şpigel jurnalı şənbə günü paketin 2,7 milyard avro dəyərində olduğunu bildirib.

Çatdırılma gələcək həftələr və aylarda həyata keçiriləcək. Kiyevə əlavə olaraq 20 Marder piyada döyüş maşını, 30 Leopard 1 tankı, 200 kəşfiyyat pilotsuz uçan aparatı, logistika vasitələri, İRİS-T hava hücumundan müdafiə sistemləri, eləcə də sursat göndərilməsi planlaşdırılır.