Ən son xəbərlər:

12.05.2023/ 09:10/ Makkarti borc danışıqlarının bütün tərəflərin razılığı ilə təxirə salındığını təsdiqləyib

Makkarti borc danışıqlarının bütün tərəflərin razılığı ilə təxirə salındığını təsdiqləyib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bildirib ki, Konqres liderləri ilə prezident Co Bayden arasında milli borcla bağlı mayın 12-nə planlaşdırılan danışıqlar bütün tərəflərin razılığı ilə təxirə salınıb. Bu barədə NBC məlumat yayıb.

Biz yenidən görüşəcəyik, – deyə Makkarti bildirib.

Makkarti əlavə edib ki, bütün iştirakçılar gecikmənin zəruriliyi barədə razılığa gəliblər və bu, danışıqların uğursuzluğunun əlaməti kimi şərh edilməməlidir.

Bayden bir müddət əvvəl ABŞ-da mümkün defolt elanının, Konqres milli borcun tavanının artırılması ilə bağlı razılığa gələ bilməsə, bütün dünyada iqtisadi problemlər yaradacağı fikrini ifadə edib.

ABŞ-ın müdafiə naziri Lloyd Austin defolt halında Pentaqonun silahlı qüvvələrə ardıcıl olaraq maaş ödəyə bilməyəcəyini bildirib.

O, bunun hərbçilərin və vətəndaşların cibinə ağır zərbə vuracağını vurğulayıb.