Ən son xəbərlər:

08.05.2023/ 18:25/ Səudiyyənin vəliəhd şahzadəsi və Sullivan görüş keçirib: ABŞ və Səudiyyə əlaqələri genişləndirəcək

ABŞ və Səudiyyə Ərəbistanı əlaqələri genişləndirəcək.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan regional və beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə ediblər. Bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb.

Vəliəhd Sallivanın başçılıq etdiyi nümayəndə heyətini Ciddə şəhərində qəbul edib.

Görüş zamanı Vaşinqton və Ər-Riyad arasında strateji əlaqələrin inkişaf etdirilməsi yolları da müzakirə olunub.

ABŞ nümayəndə heyətinin tərkibində danışıqlarda Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-ın Ər-Riyaddakı səfiri Maykl Ratni iştirak edib.

Sullivan və Səudiyyə Ərəbistanının vəliəhdi sonuncu dəfə aprelin 12-də Ər-Riyadda görüşüb. Sonra danışıqların mövzusu Yəməndəki münaqişəyə son qoymaq üçün diplomatik səylər olub.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Co Bayden və dövlət katibi Entoni Blinken növbəti  həftələrdə Səudiyyə Ərəbistanına ayrı-ayrılıqda səfər etməyi planlaşdırırlar ki, bu da administrasiyanın krallıqla gərginliyi aradan qaldırmaq qərarının yeni əlamətidir.