Ən son xəbərlər:

06.05.2023/ 13: 57/ ABŞ Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək qərarına gəlib

ABŞ Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək qərarına gəlib.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, ABŞ qarşıdan gələn əks-hücum üçün Ukraynanın hava hücumundan müdafiəsini  gücləndirmək qərarına gəlib. Bunu jurnalist Maykl Qordon The Wall Street Journal üçün yazdığı məqalədə yazıb.

ABŞ və müttəfiqləri Kiyevin zenit-raket arsenalını məhv edən Rusiyanın raket zərbələrindən sonra qarşıdan gələn əks-hücum üçün Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə çalışır.

Onun sözlərinə görə, Ştatlar Amerikanın I-HAWK hava hücumundan müdafiə sistemini Kiyevə tədarük etmək üçün İspaniya və İsveç də daxil olmaqla yeddi ölkə ilə işləyir.

Qordon ABŞ rəsmilərinə istinadən həmçinin vurğulayıb ki, Vaşinqton əks-hücumdan əvvəl Ukraynaya vaxt qazanmaq üçün onu Sovet dövründən qalma köhnə raket sistemləri ilə təchiz edib.

Bundan əvvəl ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns bildirmişdi ki, Qərb ölkələri silah və sursat tədarükünü əhəmiyyətli dərəcədə azaltmağa gedərsə, Ukrayna döyüş meydanında Rusiya ilə qarşı-qarşıya gələ bilməyəcək.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları planlarının hazırlanmasında Aİ ölkələri, ABŞ və digər ukraynalı tərəfdaşların köməyi həlledici olacaq.

Bundan əlavə, Hayns mayın 4-də bildirib ki, Kiyev əks-hücumun konkret prioritetlərini, onun vaxtını və əhatə dairəsini yekunlaşdırır.