Ən son xəbərlər:

04.05.2023/ 06: 55/ Pentaqon Xüsisi Hərbi Əməliyyat başlayandan bəri Ukraynaya hərbi yardımın həcmini açıqlayıb

Pentaqon Xüsisi Hərbi Əməliyyat başlayandan bəri Ukraynaya hərbi yardımın həcmini açıqlayıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Pentaqonun məlumatına görə, ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi məbləği 36,4 milyard dollara çatıb.

Ekspertlər prezident Co Baydenin administrasiyası Xüsisi Hərbi Əməliyyat  başlayandan bəri Ukraynaya silah tədarükü üçün nə qədər pul ayrıldığını hesablayıblar. “Birləşmiş Ştatlar Bayden administrasiyasının başlanğıcından bəri Ukraynaya 36,4 milyard dollardan çox təhlükəsizlik yardımı göstərib”, – Müdafiə Nazirliyi belə bildirib.

Eyni zamanda, xüsusi hərbi əməliyyat başlayandan bəri Vaşinqton Kiyevə 35,7 milyard dollar məbləğində hərbi yardım ayırıb.

Bundan əvvəl ABŞ-ın Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edəcəyi məlum olub. ABŞ Kiyevə hərbçilərə daha bir qrup sursat, müxtəlif texnika və sursat göndərmək niyyətindədir.