Ən son xəbərlər:

03.05.2023/ 09: 02/ Braziliya BRİKS və BVF ilə Argentinaya yardım məsələsini müzakirə etmək niyyətindədir

Braziliya BRİKS və BVF ilə Argentinaya yardım məsələsini müzakirə etmək niyyətindədir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Braziliya BRİKS və BVF ilə ağır iqtisadi böhran yaşayan Argentinaya yardım məsələsini müzakirə etmək niyyətindədir, – bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib.

Argentina prezidenti Alberto Fernandezlə görüşdən sonra da Silvanın sözlərini KİV-lər sitat gətirib: “Biz artıq BRİKS ölkələri ilə danışmışıq və Argentinaya necə kömək edə biləcəyimizi başa düşmək üçün danışmağa davam edəcəyik”.

O, Braziliyanın Argentinaya kömək etməyə hazır olduğunu qeyd edib.

Bundan əvvəl Argentinanın Rusiyadakı səfiri Eduardo Suine bildirmişdi ki, bu ölkə qrupun avqustda Durbanda keçirilən toplantısından sonra BRİKS-ə qoşulmaq imkanını qəbul edir.