Ən son xəbərlər:

02.05.2023/ 18: 21/ Vaşinqton Pekinlə soyuq müharibəyə qayıtmaq istəmir

Vaşinqton Pekinlə soyuq müharibəyə qayıtmaq istəmir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Çinlə danışıqlara açıqdır və daha yaxşı rabitə kanallarına ehtiyac olduğunu qəbul edir. TASS xəbər verir ki, bunu ABŞ-ın Çindəki səfiri Nikolas Börns deyib.

Bizə iki hökumət arasında daha effektiv daha dərin kanallar lazımdır. Danışmağa hazırıq. Hər iki ölkənin böyük problemləri olduqda, münasibətlərdə böyük fikir ayrılıqları olduqda bunu etmək xüsusilə vacibdir”, – deyə o, ABŞ-ın heç vaxt danışıqlardan çəkinmədiyini qeyd edib.

Dövlət katibi Entoni Blinkenin Çinə səfərinin vaxtı barədə danışan diplomat qeyd edib ki, Çin hava şarı ilə bağlı insident səbəbindən planlaşdırılan səfər təxirə salınmalı olub. Eyni zamanda, Blinken “səfər üçün şərait uyğun olanda” mütləq Çinə səfər edəcək. Sonda Börns vurğulayıb ki, Vaşinqton Pekinlə soyuq müharibəyə qayıtmaq istəmir, ikitərəfli münasibətlərdə sabitlik lazımdır.

Bundan əvvəl Blinken Çini ABŞ ilə münasibətləri yaxşılaşdırmaq niyyətini açıq şəkildə bildirməyə çağırıb.

Fevralın 5-də hərbçilər bir neçə gün ABŞ üzərində səmada uçan obyekti müşahidə etdikdən sonra Cənubi Karolina üzərində Çin hava şarını vurublar. Çin hava şarının mülki olduğuna və külək səbəbindən kursdan çıxdığına əmin olub, lakin ABŞ səlahiyyətliləri bunun casus şar olduğunu deyirlər. Eyni zamanda, ABŞ prezidenti Co Bayden daha sonra bildirib ki, hadisədən sonra ABŞ və Çin arasında münasibətlər o qədər də pisləşməyib.