Ən son xəbərlər:

02.05.2023/ 10: 55/ Polşa Belarusla sərhəd hasarı tikintisini başa çatdırır

Polşa Belarusla sərhəd hasarı tikintisini başa çatdırır.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, Polşa-Belarus sərhədində hasarın tikintisi demək olar ki, başa çatıb. Bu barədə Polşanın sərhəd xidmətinin nümayəndəsi Anna Mixalskaya bildirib.

Belarusla sərhəddə videokameralar və hərəkət sensorları ilə təchiz edilmiş 206 km şlaqbaum artıq istismara verilib, cəmi 150 m-in tamamlanması qalıb, – Anna Mixalskaya belə deyib.

Eyni zamanda, Mixalskaya qeyd edib ki, bunu yalnız yayda, Narew çayı öz adi məcrasına qayıdanda etmək mümkün olacaq.

Xatırladaq ki, Polşa 2021-ci ildə başlayan miqrasiya böhranından sonra Belarusla sərhəddə hasar çəkməyə başlayıb. Minsk tikintini regionun ekologiyasının qorunması üçün təhlükəli hesab edərək bu təşəbbüsü mənfi qiymətləndirir.