Ən son xəbərlər:

02.05.2023/ 10: 29/ Vaşinqtonda Ermənistan və Azərbaycan konstruktiv danışıqlar aparıblar

Vaşinqtonda Ermənistan və Azərbaycan konstruktiv danışıqlar aparıblar.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, 1 may 2023-cü il tarixində Vaşinqtonda  Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar bir neçə gün davam edəcək. Ötən bazar ertəsi başlayan müzakirələrlə tanış olan ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri artıq onları konstruktiv adlandırıblar. Amerika tərəfi əvvəlki kimi Yerevanla Bakı arasında birbaşa dialoqu vacib hesab edir, onun məqsədi uzunmüddətli və sabit sülhün bərqərar olmasıdır.

Ümid edirik ki, bu həftə ərzində Ermənistan və Azərbaycan nümayəndələri nizamlanmanın tapılması yolunda səmimi və birbaşa müzakirələr aparacaqlar. Və biz bu səyləri dəstəkləməyə sadiqik, –  Dövlət Departamentinin nümayəndələrindən biri distant brifinq zamanı belə bildirib.

Ən əsası odur ki, onlar bu müzakirələri davam etdirə bilsinlər daha bir Amerika xarici siyasət məmuru əlavə edib.

Bu arada Vaşinqton proqnoz və bir çox təfərrüatlar verməkdən yayınır, Ermənistan-Azərbaycan nizamlanması məsələsinin mürəkkəb olduğunu və əziyyətli, uzun və ardıcıl iş tələb etdiyini vurğulayır.

Ötən gün Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında üçtərəfli görüş keçirilib. Regionda təhlükəsizliyin təmin edilməsi məsələləri və iki Zaqafqaziya respublikası arasında münasibətlərin tənzimlənməsi prosesi müzakirə olunub. Bu görüşdən əvvəl Entoni Blinken Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrılıqda söhbətlər aparıb.