Ən son xəbərlər:

01.05.2023/ 07: 38/ ABŞ-ın Kiyevə yardım etməsinin səbəbi Rusiyanı zəiflətmək istəyidir

ABŞ-ın Kiyevə yardım etməsinin səbəbi Rusiyanı zəiflətmək istəyidir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Amerikanın “Virciniya ştatının azadlıq, ədalət və bərabərlik müdafiəçiləri” ictimai təşkilatının “Odessa ilə həmrəylik kampaniyası” layihəsinin koordinatoru Fil Vileyto ABŞ-ın Ukraynaya silah tədarükünün dayandırılması şərtini açıqlayıb. TASS xəbər verir ki, onun fikrincə, bu, Vaşinqtonun Rusiyanı məğlub edə bilməyəcəyini başa düşsə, baş verəcək.

Ekspert qeyd edib ki, ABŞ-ın Kiyevə yardım etməsinin səbəbi bir neçə həftə əvvəl Pentaqon rəhbəri Lloyd Ostinin, eləcə də Avropa və NATO rəsmilərinin dəfələrlə bəyan etdiyi kimi Rusiyanı zəiflətmək istəyidir.

O əlavə edib ki, nə vaxtsa Amerika ictimaiyyəti Ukraynaya yardımın nə qədər baha başa gələcəyi ilə maraqlanmağa başlayacaq və bu, narazılığın artmasına səbəb olacaq.