Ən son xəbərlər:

27.04.2023/ 18: 55/ Kolumbiyalı pop müğənni Şakira vergi cinayətlərinə görə İspaniyada mühakimə olunacaq

Şakira vergi cinayətlərinə görə İspaniyada mühakimə olunacaq.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kolumbiyalı pop müğənni Şakira vergidən yayınma ittihamı ilə noyabrın 20-də Barselona məhkəməsi qarşısına çıxacaq. Bu barədə “El Mundo” qəzeti mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, ifaçı İspaniyanın vergi orqanlarına qarşı dörd cinayətdə ittiham olunur. İttiham tərəfinin fikrincə, o, 2012, 2013 və 2014-cü illər üzrə gəlir və sərvət vergisi bəyannaməsini təqdim etməyib. Qeyd olunur ki, Şakira İspaniyada vergiyə cəlb olunan vəsaitləri də ofşor hesablara çıxarıb.

Bu iş üzrə 12 dinləmənin təyin edildiyi bildirilir. İclasda yüzlərlə şahid ifadə verəcək.

Şakira daha əvvəl jurnalistlərin ona və iki oğluna qarşı davamlı təzyiqlərindən sonra Barselonadan köçmək qərarına gəldiyini bildirmişdi. 45 yaşlı pop ulduz əlavə edib ki, medianın onun həyatına marağının artmasından xəbərdardır.