Ən son xəbərlər:

27.04.2023/ 13: 55/ Putin və Si Cinpinq Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmasını müzakirə etməyiblər

Putin və Si Cinpinq Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmasını müzakirə etməyiblər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Moskvada keçirilən danışıqlarda Ukraynanın 1991-ci il sərhədlərinə qaytarılması məsələsini müzakirə etməyiblər.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bunun müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandırarkən, “Xeyr, bundan söhbət gedə bilməzdi” deyə o bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Çin prezidenti Si Cinpinlə telefon danışığından sonra Kiyevin sülhə nail olmaq üçün ərazi güzəştlərinə getməyəcəyini bildirib.

O, həmçinin bəyan edib ki, Kiyevə görə, Ukraynanın ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində bərpa edilməlidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynada münaqişənin nizamlanması üzrə danışıqlar yalnız Rusiyanın maraqlarının nəzərə alınması əsasında aparıla bilər.