Ən son xəbərlər:

27.04.2023/ 13: 55/ Rusiyadan uzaqlaşmaq Avropaya böyük ziyan vurdu

Rusiyadan uzaqlaşmaq Avropaya böyük ziyan vurdu.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Avropada Rusiya ilə daha sıx əlaqələr qurmaqdan imtina etdiklərinə görə təəssüflənirlər. Bunu “China Today” telekanalına müsahibəsində İrlandiyalı deputat Mik Uolles deyib.

Rusiya ilə yaxınlaşmamaqla özümüzə böyük ziyan vurmuşuq”, – Uolles belə bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya və digər ölkələr Qərbin neokolonial istəklərinin tabutuna mismar vura bilərlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dünya çoxqütblülük istiqamətində uzun tranzitin başlanğıcındadır.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Ceyms Rikards Rusiyanın ABŞ-la iqtisadi qarşıdurmada vəziyyəti öz xeyrinə çevirdiyi üçün Amerikanın Moskvaya qarşı sanksiya siyasətinin iflasa uğradığına əminliyini ifadə edib.