Ən son xəbərlər:

27.04.2023/ 13: 31/ Türkiyədə Rusiya istehsalı olan nüvə yanacağının Akkuyu AES-in 1-ci blokuna təhvil verilməsi mərasimi olacaq

Türkiyədə  Rusiya istehsalı olan nüvə yanacağının Akkuyu AES-in 1-ci blokuna təhvil verilməsi mərasimi olacaq.

Akkuyuya yanacaq çatdırılması mərasimindən əvvəl Putin və Ərdoğan arasında söhbət olacaq.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya istehsalı olan nüvə yanacağının Akkuyu AES-in 1-ci blokuna təhvil verilməsi mərasimindən əvvəl Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.

Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Biz gözləyirik ki,Putin və Ərdoğan arasında telefon danışığı olacaq, bundan sonra Türkiyə prezidenti Ərdoğanla Rusiya istehsalı olan nüvə yanacağının Rusiya istehsalı olan 1 nömrəli enerji blokuna çatdırılması münasibətilə təşkil olunacaq mərasimdə birgə iştirak olacaq,- Peskov belə bildirib.

O, tədbirin videokonfrans vasitəsilə keçiriləcəyini açıqlayıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bir müddət əvvəl bildirmişdi ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi apreldə keçiriləcək Akkuyu AES-də nüvə yanacağının yüklənməsi mərasimində iştirak etmək niyyətindədir.