Ən son xəbərlər:

27.04.2023/ 09: 10/ Ukraynada sülhə nail olmaq üçün Rusiyanın geosiyasi maraqlarını nəzərə almaq lazımdır

Ukraynada sülhə nail olmaq üçün Rusiyanın geosiyasi maraqlarını nəzərə almaq lazımdır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna münaqişəsini həll etmək üçün ölkədəki siyasi sistemdən asılı olmayaraq, Rusiyanın əsrlər boyu dəyişməz qalan geosiyasi maraqlarını nəzərə almaq lazımdır.

Bu barədə tarixçi Corc Liebman “The American Conservative” jurnalında dərc olunan məqaləsində yazır. O hesab edir ki, biz İkinci Dünya Müharibəsindən sonra, beş dövlətin planetdə sülhü təmin etməyə başladığı zaman formalaşmış təcrübəyə qayıtmalıyıq.

Vəziyyətin açarı hər hansı ağlabatan Rusiya hökumətinin nə istədiyi sualıdır – çar, demokratik, kommunist və ya avtoritar. Cavab budur ki, SSRİ-nin əslində Yalta və San-Fransiskoda vəd etdiyi şeyi istərdi: dünyanın beş jandarmından birinin rolu,  – məqalə müəllifi belə deyir.

O, izah edib ki, “jandarm” termini dövlətin dünya qanunlarını və asayişini qorumaq funksiyalarını öz üzərinə götürən ideologiyasına aiddir.

Ekspert onu da vurğulayıb ki, Ukrayna münaqişəsinin istənilən sülh yolu ilə həlli hərbi ixrac istisna olmaqla, bütün ixraca qarşı sanksiyaların ləğvini nəzərdə tutmalıdır. Tarixçi xatırladıb ki, onilliklər ərzində sanksiyalar İran, Kuba və Şimali Koreyaya qarşı öz səmərəsizliyini göstərib.