Ən son xəbərlər:

27.04.2023/ 06: 53/ Moldova parlamentinin deputatı Rusiya ilə viza rejiminin tətbiq olunmasını təklif edib

Moldova parlamentinin deputatı Rusiya ilə viza rejiminin tətbiq olunmasını təklif edib.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, Moldovanın hakim Fəaliyyət və Həmrəylik Partiyasından olan deputatı Oazu Nantoi Rusiya ilə viza rejiminin tətbiqinə çağırıb.

Nantoi Moldovada diplomatik qalmaqal fonunda Rusiyaya girişi qadağan edilən üç siyasətçidən biridir.

7 il ərzində Rusiyada Moldova vətəndaşlarının sayı 4 dəfə azalıb və hesab edirəm ki, Rusiya Federasiyasının ərazisində qalmaqda davam edən həmvətənlərimizin seçim etmək imkanı var idi. İstisna etmirəm ki, milli təhlükəsizliyi təmin etmək üçün Rusiya tərəfindən viza rejiminin tətbiqi barədə düşünməyin vaxtı gələcək.

Nantoi çərşənbə günü axşam TVR Moldova telekanalına müsahibəsində  belə bildirib.