Ən son xəbərlər:

27.04.2023/ 06: 31/ İsveç NATO-ya daxil olduqdan sonra öz ərazisində nüvə silahı yerləşdirməyi planlaşdırmır

İsveç NATO-ya daxil olduqdan sonra öz ərazisində nüvə silahı yerləşdirməyi planlaşdırmır.

xeberaz.info eadaily-ya istinadən xəbər verir ki, NATO-ya daxil olandan sonra İsveç öz ərazisində nüvə silahı yerləşdirməyi planlaşdırmır. Bu barədə “İzvestiya”ya krallığın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Eyni zamanda departament vurğulayıb ki, Norveç və Danimarka kimi İsveç də rəsmi qeyd-şərtsiz NATO-ya qoşulur.

Lakin digər Skandinaviya ölkələri kimi biz sülh dövründə öz ərazimizdə nüvə silahının olmasını gözləmirik, – Xarici İşlər Nazirliyi belə bildirib.

Nazirlik xatırladıb ki, hazırda Türkiyə və Macarıstan istisna olmaqla, NATO-ya üzv olan 31 ölkədən 29-u İsveçin alyansa qoşulması ilə bağlı protokolu ratifikasiya edib.

Hər iki ölkə ilə danışıqlar davam edir  – İsveç Xarici İşlər Nazirliyindən belə bildirilib.