Ən son xəbərlər:

27.04.2023/ 05: 26/ Ərdoğan istirahətdən sonra tədbirlərdə iştirakını bərpa edəcək

Ərdoğan istirahətdən sonra tədbirlərdə iştirakını bərpa edəcək.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəstəliyi ilə bağlı yayılan xəbərlər fonunda dövlət başçısı kimi fəaliyyətinə davam edir, qısa istirahətdən sonra tədbirlərdə iştirakını bərpa edəcək.

Bu barədə “A Haber” Türkiyənin hakim partiyasının nümayəndəsi Ömər Çelikə istinadən məlumat yayıb.

Qısa bir istirahətdən sonra o, planlaşdırıldığı kimi tədbirlərdə iştirakını davam etdirəcək, – Çelik belə bildirib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli telekanallara müsahibəsinin Türkiyə liderinin mədə qripi səbəbindən özünü pis hiss etdiyi üçün yarımçıq kəsildiyi bildirilirdi.

Aprelin 26-da Ərdoğan administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi mətbuatda Türkiyə liderinin infarkt keçirməsi ilə bağlı yayılan versiyanı təkzib edib.

Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib ki, Ərdoğanın yüngül soyuqlaması var.