Ən son xəbərlər:

27.04.2023/ 04: 29/ ABŞ Koreya yarımadasında nüvə silahı yerləşdirməyəcək

ABŞ  Koreya yarımadasında nüvə silahı yerləşdirməyəcək.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, ABŞ nüvə silahlarını Koreya yarımadasında yerləşdirməyəcək. Bunu çərşənbə günü ABŞ prezidenti Co Bayden Cənubi Koreya lideri Yun Seok-yeol ilə Ağ Evdə danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.

Bayden bildirib ki, biz yarımadada nüvə silahı yerləşdirməyəcəyik, lakin limanlara səfərlər və nüvə sualtı qayıqlarının limanlara girişi olacaq.