Ən son xəbərlər:

27.04.2023/ 04: 16/ ABŞ-ın sualtı qayıqları müntəzəm olaraq Cənubi Koreyaya səfər edəcək

ABŞ-ın sualtı qayıqları müntəzəm olaraq Cənubi Koreyaya səfər edəcək.

xeberaz.info Rusiya KIV-lərinə istinadən xəbər verir ki, Vaşinqton və Seul, ABŞ-ın nüvə enerjisi ilə işləyən ballistik raketli sualtı qayıqları, təyyarə gəmiləri və ABŞ bombardmançı təyyarələrinin Cənubi Koreyaya müntəzəm səfərləri də daxil olmaqla, çəkindirmə imkanlarını nümayiş etdirməyə yönəlmiş bir sıra addımlar elan etməyə hazırlaşır. Bu barədə çərşənbə axşamı jurnalistlər üçün ABŞ və Koreya Respublikasının prezidentləri Co Bayden və Yun Seok Yeol arasında keçiriləcək görüşə həsr olunmuş xüsusi telefon brifinqində ABŞ yüksək rütbəli administrasiyasının nümayəndələri bildiriblər.

Biz 1980-ci illərin əvvəllərindən bəri baş verməyən strateji aktivlərin, o cümlədən ballistik raketlərə malik nüvə sualtı qayıqlarının Cənubi Koreyaya müntəzəm yerləşdirilməsi vasitəsilə çəkindirmə qabiliyyətimizi daha görünən etmək üçün addımlar atmaq niyyətində olduğumuzu elan edəcəyik, – administrasiya rəsmisi belə bildirib.