image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-zengilan-_inam564

Zəngəzur qəzasının işğalı

image-legitimaz-810x90

Zəngəzur qəzasının işğalı

Zəngilan şəhəri Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Tarixə baxsaq XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsünün aparıldığını aydın görə bilərik. Cənubi Qafqazda müstəqil respublikalar yaradılandan sonra ermənilərin Zəngəzura qarşı ərazi iddiaları soyqırımları ilə müşahidə olunmağa başladı. 1918-ci ilin may -avqust aylarında Zəngəzurda Ermənistan Respublikasının azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da genişləndi. Erməni-daşnak quldur başçılarının vəhşiliyi nəticəsində  azərbaycanlı kəndlərində 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, Zəngəzur qəzasında hər iki cinsdən olan 10068 nəfər öldürülmüş və ya şikəst edilmişdi. Lakin ermənilərin Zəngəzur qəzasında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin miqyası əslində bundan da çox idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Zəngəzur qəzasında vəziyyəti sabitləşdirmək, əhalinin müdafiəsini təşkil etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırdı. 1919-cu il yanvarın 13-də Cavanşir, Şuşa və Cəbrayıl qəzaları ilə birgə Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general-qubernatorluğu yaradılmışdı. Ermənilərin Zəngəzur qəzasının azərbaycanlı əhalisinə qarşı qırğınları 1919-20-ci illərdə də davam etdirilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqurundan sonra ermənilərin Zəngəzuru Azərbaycandan qoparmaq siyasəti daha da fəallaşmış, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bunu həyata keçirmək mümkün olmuşdu. Sovet Rusiyasının da yaxından iştirakı ilə Zəngəzur qəzası torpaqlarının böyük bir hissəsi Ermənistana ilhaq edilmiş, Ermənistan Xalq Komissarları Sovetinin 1921-ci il 20 iyul tarixli qərarı ilə Ermənistan SSR-də Zəngəzur qəzası yaradılmışdı. 1920-ci illərin sonlarından həyata keçirilən rayonlaşdırma zamanı həmin ərazilərdə Qafan, Gorus, Mehri və Sisiyan rayonları təşkil edilmiş, Zəngəzur bir tarixi vilayət kimi ləğv edilmişdi.  1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. XX əsrin birinci rübündə  xəritədə Zəngilanın kəndləri Genlik, Aladin, Dəlləkli kimi qeyd olunur.  Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometrdir. Ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon ərazisindəki onlarla milli və tarixi-dini abidə talan olunmuşdur. Erməni qəsbkarları zorla işğal etdikləri ərazini viran etmişlər.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Zəngilan rayonu işğaldan azad edilib. Müzəffər Azərbaycan Ordusu çıxdığı şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan öz tarixi torpaqlarında qələbə qazandı. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu.Cənab  Prezident İlham Əliyevin göstərişi ilə digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunur. Zəngilan artıq günü-gündən gözəlləşir, abadlaşır.

 

 

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki