image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-mersedes-qeza2

Zaqatalada avtomobil ağaca çırpıldı: ölən var

image-legitimaz-810x90

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.İnfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

“Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Zaqatala rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar”, – məlumatda qeyd olunub.

Məlumata görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercsdes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki