Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi İlkin Əzizov tərəfindən Salyan rayonunun Arbatan kəndi ərazisində vətəndaşlarla səyyari qəbul təşkil olunmuşdur. Qəbul zamanı kənd sakinlərinin müraciətləri diqqətlə dinlənilmiş, onların qarşılaşdığı problemlər ətraflı şəkildə araşdırılmışdır.
Vətəndaşlar tərəfindən səsləndirilən məsələlərin operativ həlli, mövcud çətinliklərin aradan qaldırılması və su təminatı ilə bağlı problemlərin qısa müddətdə həll edilməsi istiqamətində idarənin aidiyyəti əməkdaşlarına konkret tapşırıqlar verilmişdir.
Keçirilən səyyari qəbul sakinlər tərəfindən razılıqla qarşılanmış, onların problemlərinə yerində baxılması və həlli istiqamətində atılan addımlar yüksək qiymətləndirilmişdir. Bu cür görüşlər vətəndaş məmnuniyyətinin artırılması, mövcud problemlərin vaxtında həll olunması və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.



























