Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
”Xeberaz.info” xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, hərəkətdə olan VAZ-21015 markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər.
Hadisə ilə bağlı araşdırma aparılır.