image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-e95f882feb2fa8216168e216220ff46c

Ronaldo ailəsi ilə 7 milyonluq dəbdəbəli YAXTASINDA – FOTOLAR

image-legitimaz-810x90

Kriştiano Ronaldo və Corcina Rodriqes yay tətilini portuqaliyalının dəbdəbəli yaxtasında keçirirlər.

40 yaşlı Kriştiano 7,4 milyon dolllarlıqdəbdəbəli Azimut Grande yaxtasında Corcina və uşaqları ilə görüntülənib.

İtaliyada inşa edilən yaxtada beş dəbdəbəli kabin və heyrətamiz şəkildə təchiz olunmuş altı vanna otağı var.

Göyərtəsində müasir mətbəx və iki istirahət otağı, böyük salon və dəbdəbəli yeməkxana var.

Texniki xüsusiyyətlərə gəlincə, yaxta 1900 at gücünə malik iki mühərrik sayəsində 28 düyün sürətə çata bilir, karbon lifindən hazırlanıb və 93 ton ağırlığındadır. /Lent.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki