image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-583997806_1391405822339192_7530972273692711752_n

“Özbəkistan Azərbaycan üçün qardaş ölkə etibarlı müttəfiqdir”

image-legitimaz-810x90

Noyabırın 15-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırılır. Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycanın Özbəkistanla münasibətləri də xüsusi qeyd edilməlidir. Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Dost ölkələri ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir və ən yüksək müttəfiqlik səviyyəsindədir. İki ölkə arasında münasibətlərin inkişafına təsir edən əsas amillərdən biri də Özbəkistan Prezidenti ilə Azərbaycan Prezidenti arasında yaranan şəxsi etimad və dostluq münasibətləridir. Son bir il yarım ərzində beş qarşılıqlı səfərin baş tutması zamanı onlarla mühüm sənəd, o cümlədən strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalanıb. Əlbəttə, qısa müddət ərzində çox böyük. Özbəkistan və Azərbaycan liderləri arasında yaxın dostluq münasibətlərinin olduğu, bunun dövlətlər arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük imkanlar yaratmışdır. Diqqətə çatdırıram  ki, hər iki ölkə beynəlxalq iqtisadi layihələri birgə həyata keçirməyə başlayıblar. İki ölkə arasında enerji, nəqliyyat və tranzit sahələrində əməkdaşlıq əlaqələri mövcuddur. Bu münasibətlərin inkişafı dövlətlər arasındakı əlaqələri yaxınlaşdırmaqla yanaşı, iqtisadi baxımdan da tərəflərə faydalı olacaq. Çindən Avropaya uzanan beynəlxalq əhəmiyyətli tranzit yolların hər iki dövlətin ərazisindən keçməsi birgə fəaliyyəti zərurətə çevirib. Prezidentlər regionun coğrafi mövqeyini düzgün qiymətləndirərək tranzit sahəsində əməkdaşlığı davam etdirirlər. HəmçininAzərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə iki dövlət arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlər uğurla inkişaf etdirilir. Son illər ərzində Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini, beynəlxalq platformalarda birgə fəaliyyəti genişləndirmək istəyirlər. Hər iki ölkənin prezidentinin iqtisadi inkişaf istiqamətində siyasət yürütmələri dövlətlər üçün səmərəlidir. Qarşılıqlı faydalı əməkdaşlıq iqtisadi inkişafa və siyasi gücün artımına xidmət edir. Bu iki qardaş ölkə Türk Dövlətləri Təşkilatı, MDB, BMT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edir.Rəsmi Daşkənd və özbək xalqı dövlətimizin başçısının səfərini yüksək qiymətləndirir, dövlətlər arasındakı münasibətlərin inkişafına və hər iki ölkənin prezidentinin dostluq münasibətlərinə böyük dəyər verir.

 

Əlvənd kənd tam orta ümumtəhsil müəssisəsinin müəllimi Babək Məmmədli.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki