image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1751655060_7fdb064e41252aeb36d7f240e376b756

Ölkəmiz hər zaman ECO-nun fəaliyyətinə böyük önəm verib

image-legitimaz-810x90

Ölkəmiz hər zaman ECO-nun fəaliyyətinə böyük önəm verib

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdı. Təşkilat 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamı sayılır. Müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizin ilk daxil olduğu qurumlardan biridir. 1992-ci ilin noyabrın 28-də bizdən başqa 6 ölkə – Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan da Təşkilata üzv qəbul olundu.

İqtisadi Əməkdaşlıq Təşkilatında kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, infrastruktur, ictimai işlər, elm, təhsil, mədəniyyət, energetika, narkotik maddələrin yayılmasının qarşısının alınması məsələləri üzrə fəaliyyət göstərən 8 komitə fəaliyyət göstərir. Təşkilat 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında, 1994-cü ildə isə İqtisadi Təşkilatı Konfransında müşahidəçi status alıb.

Ölkəmiz hər zaman ECO-nun fəaliyyətinə böyük önəm verib. Təşkilatın uğurlu fəaliyyəti və inkişafı bütün üzv ölkələrin marağını qarşılayır. Çünki üzv ölkələri ortaq tarix, dil, din, mədəniyyət, yaxın coğrafiya, iqtisadi və siyasi maraqlar birləşdirir. Azərbaycan üzv olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdi. Ölkəmiz 2006 və 2012-ci illərdə Təşkilatın Zirvə toplantılarına ev sahibliyi edib, qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial – iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri öz əksini tapıb.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər 2020-ci ilə qədər dövlətimizin və xalqımızın ən böyük problemimiz olan Ermənistanın işğal etdiyi torpaqlar məsələsində konkret münasibət bildirib, beynəlxalq hüquq normalarını pozan Ermənistanın işğalçılıq siyasətini pisləyib.

Ulu Öndər Heydər Əliyevin 2002-ci ildə İstanbulda keçirilmiş ECO-ya üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifi ilə çıxış edib. Prezident İlham Əliyev tərəfindən həmin təklif Təşkilatın 2006-cı ildə Bakıda keçirilən 9-cu Zirvə görüşündə yenidən irəli sürülüb və 2021-ci ildə 14-cü Zirvə görüşündə həmin təklif qəbul olunub və Bakı şəhərində təsis edilib. Mərkəzin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya üzv ölkələrə yardım etməkdir.

“ECO-nun Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən 15-ci Zirvə görüşü də ölkəmiz üçün məhsuldar və faydalı keçmişdi. Həmin görüşdə dövlətimizin başçısı İlham Əliyev Tədqiqat Mərkəzinin yaradılması barədə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürünü bildirib və Bakı şəhərində yerləşəcək Tədqiqat Mərkəzinin fəaliyyəti üçün lazım olan şəraitin yaradılacağını qeyd edib.

Həmçinin 15-ci Zirvə görüşündə qəbul edilmiş “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamədə Azərbaycanın maraqlarına cavab verən müddəalar əks olunaraq, “torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə Azərbaycan dövləti və xalqı təbrik edilib, bu halın Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanaraq, üzv dövlətlərin işğaldan azad edilmiş regionlarımıza sərmayə qoyulması, yenidənqurma və bərpa işlərində iştiraka çağırış edilmişdi”, – deyə Y. Hacızadə vurğulayıb.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki