image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1383371018ilham-eliyev-prezident-serencam-1

Minifutbol Federasiyasına 2 milyon manat ayırıldı

image-legitimaz-810x90

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

”Xeberaz.info” xəbər verir ki, sərəncama əsasən Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki