image-img_20250422_125254

Mərkəzi Aran RTİ-ə yeni müdir təyin olunub

Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

Xeberaz.info” xəbər verir ki, Həmid Qasımov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində “Fizika” ixtisası üzrə, 2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr təhsili alıb.

2019-2021-ci illərdə Bakı Mühəndislik Universitetində “Təhsil üzrə menecment” ixtisası üzrə magistratura təhsili alıb.

O, 2008-2015-ci illərdə İsmayıllı rayonu Xəlilli kənd tam orta məktəbində müəllim, daha sonra direktor müavini, 2015-2020-ci illərdə Azərbaycan Tələbələri Birliyində sədr müavini və sədr, 2020-2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş mütəxəssis, 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyində aparıcı məsləhətçi vəzifələrində çalışıb.

Bu təyinatadək o, Dağlıq Şirvan Regional Təhsil İdarəsində müdir müavini işləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki