Keçirilən görüşdə yerli təhsil sektorlarının müdirləri iştirak ediblər.
“Xeberaz.info” xəbər verir ki, görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Son zəng” tədbiri ilə bağlı müvafiq təlimatının əsas məqamları bir daha diqqətə çatdırılmış, təlimatın tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyi vurğulanmışdır. Tədbirin təşkili zamanı şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, həmçinin ictimai norma və qaydalara riayət olunması məsələləridə diqqətə çatdırılmışdır.