image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1747924746185

Mərkəzi Aran Regional Təhsil İdarəsində vətəndaş qəbulu həyata keçirilib-FOTOLAR

image-legitimaz-810x90

22 may tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsində vətəndaş qəbulu həyata keçirilib

Xeberaz.info” xəbər verir ki, may ayının 22-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov idarənin inzibati binasında vətəndaşları qəbul edib. Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Həmid müəllim qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.

Qeyd etmək istərdik ki, vətəndaşların qəbulu hər həftənin dördüncü günü 15:00-da həyata keçirilir. Qəbula yazılmaq üçün 146-0-3 çağrı mərkəzimizə, info@yevlakh.edu.gov.az ünvanına və ya 051-867-91-66 nömrəsinin votsapına müraciət edə bilərsiniz.

image-fb_img_1747924746185 image-fb_img_1747924749129 image-fb_img_1747924752002 image-fb_img_1747924755739 image-fb_img_1747924758548


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki