image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-fb_img_1756993613881

Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə ənənəvi hesabat xarakterli sentyabr konfransı keçirilib-FOTOLAR

image-legitimaz-810x90

4 sentyabr 2025-ci il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə ənənəvi hesabat xarakterli sentyabr konfransı keçirilib.

Xeberaz.info” xəbər verir ki, dəyirmi masa ətrafında baş tutan tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, idarənin digər rəhbər şəxsləri, rayon təhsil sektor müdirləri və bir qrup ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

Konfransların əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda 2025–2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarətdir. Konfrans zamanı həmçinin ötən tədris ilinin nəticələri təhlil olunub və əldə olunan nəticələr dəyərləndirilib.

Bu ilki konfransın gündəliyində rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, valideyn iştirakının təlim-tərbiyə prosesində rolunun artırılması kimi mövzulara xüsusi önəm verilib.

Sentyabr konfransları iştirakçılar üçün fikir mübadiləsi aparmaq, qabaqcıl təcrübələri paylaşmaq və aktual təhsil çağırışlarına uyğun olaraq vahid yanaşmalar formalaşdırmaq baxımından mühüm platforma rolunu oynayır.

image-fb_img_1756993611157 image-fb_img_1756993613881 image-fb_img_1756993616646 image-fb_img_1756993619265 image-fb_img_1756993621815 image-fb_img_1756993624991 image-fb_img_1756993627920 image-fb_img_1756993630950 image-fb_img_1756993633782 image-fb_img_1756993638000 image-fb_img_1756993641357


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki