image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1759306412-kamran

Kamran Əliyevdən yeni təyinatlar

image-legitimaz-810x90

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Xeberaz.info xəbər verir ki, digər əmrlə Bakı şəhəri Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa, Baş prokurorun müvafiq əmrinə əsasən Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki