Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov idarənin inzibati binasında Zərdab rayonu İmadəddin Nəsimi adına Yarməmmədbağı kənd tam orta ümumi təhsil məktəbinin məzunu Xəlilov Nofəl Nicat oğlunu qəbul edib.
Qeyd edək ki, Xəlilov Nofəl Nicat oğlunun 2025-ci ildə “Sevgimiz bir cümlədir” adlı 80 nəzm və nəsr əsərindən ibarət 96 səhifəlik kitabı çap olunmuşdur.
“Xeberaz.info” xəbər verir ki, görüşdə idarə müdiri Həmid Qasımov istedadlı şagirdlərimizin aşkar edilməsi və istedadlarının daha da inkişaf etdirilməsinin Regional Təhsil İdarəsinin əsas prioritetlərindən biri olduğunu vurğulamışdır. Gənc şair öz növbəsində ilk şeir yazdığı dövrlərdən danışmış və kitabdakı qəzəllərdən nümunələr səsləndirmişdir.
Gənc şair imzalı kitabını Regional Təhsil İdarəsinin müdirinə hədiyyə etmişdir.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdirinin müvafiq əmri ilə Xəlilov Nofəl Nicat oğlu fəxri fərmanla və hədiyyə ilə mükafatlandırılmışdır.